İranda daha bir QƏZA: 1 ölü, 22 yaralı

İranda daha bir QƏZA: 1 ölü, 22 yaralı
10:33 1 Fevral 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz-Sufian yolunda avtobus aşıb.

Bunu İranın Şərqi Azərbaycan vilayəti təcili yardım idarəsinin sözçüsü Vəhid Şadiniya jurnalistlərə açıqlamasında deyib.

V.Şadiniyanın sözlərinə görə, səhər saat 06:00 radələrində baş verən qəzada 22 nəfər yaralanıb, bir nəfər həlak olub.

Şadiniya əlavə edib ki, yaralılar Təbrizin xəstəxanalarına köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

25 km uzunluğunda Təbriz-Sufian magistral yolu Şərqi Azərbaycan vilayətində tıxaclı yollardan biri hesab olunur. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/303591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR