Mağazalarda siqaret bahalaşdı -

Bu gün birsıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb.

Mətbuat.az xəbər verir ki, qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən yüksək olan siqaretlər isə 30 qəpik baha satılıb. Şəhərin bir sıra dükan və marketlərində isə köhnə qiymətlər qalmaqdadır.

Həmin mağaza sahibləri bildirir ki, onlar daha əvvəl aldıqları siqaretləri hələlik köhnə qiymətə satırlar. (Milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR