Güclü külək ağacları aşırdı, onlarla ev işıqsız qaldı - GƏNCƏDƏ

Güclü külək ağacları aşırdı, onlarla ev işıqsız qaldı - GƏNCƏDƏ
10:53 1 Fevral 2020
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə müşahidə edilən güclü külək bir sıra fəsadlar törədib.

Axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xəttlərini sıradan çıxarıb.

Şəhərin şərti olaraq “Azərittifaq” adlanan ərazisində elektrik naqillərinin sıradan çıxması nəticəsində onlarla ev işıqsız qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti müşahidə olunur. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/303595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR