BNA dezinfeksiya işlərinə başladı -

Bakı Nəqliyyat Agentliyi (BNA) kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə başlayıb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.

Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR