İrem səhnədə söyüş söydü: "Burada olmayan mələklər mənim...."

İrem səhnədə söyüş söydü: "Burada olmayan mələklər mənim...."
11:32 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni İrem Derici konsertində qeyri-etik sözlərdən istifadə edib. Belə ki, sənətçi Kocaeli bələdiyyəsi tərəfindən təşkil olunan Kartepe Qış Festivalı zamanı müzakirələrə səbəb olacaq ifadələrə yol verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Kalbinin tek sahibine" mahnısını söyləyərkən bəstədə istifadə olunan mələklər qismində "burada olmayan mələklər mənim...", - deyə ifa edib.

İfadələrin yer aldığı video qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Bundan sonra Kocaeli bələdiyyəsi açıqlama yayaraq İ. Dericini qınadığını qeyd edib: "İrem xanımın konsert vaxtı söylədiyi fikirlər cəmiyyət və bələdiyyəmiz tərəfindən qınanılıb. Bundan sonra təşkil olunan hansısa konsertdə ona yer verməyəcəyik".

Müzakirələrdən sonra İrem sosial mediada video paylaşaraq hər kəsdən üzr istəyib: "Mənim vokalistimin adı Mələkdir. O, bizimlə gələ bilmədi, başqa təyyarəyə minmişdi. Lakin çatdıra bilmədi. Buna görə, həmin ifadəyə yer verdim. 8 ildir səhnədəyəm. Hər zaman bu cür sözlərdən istifadə etmişəm. Mən dəyişə bilmərəm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR