Göygöldə ağır qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Göygöldə ağır qəza ilə bağlı DİN-dən AÇIQLAMA
13:01 1 Fevral 2020
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, yanvarın 31-də saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini N.Murtuzayevə məxsus “ZİL” markalı avtomobilə vurub.

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3185572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR