DİN Göygöldəki ağır qəza ilə bağlı məlumat yayıb

DİN Göygöldəki ağır qəza ilə bağlı məlumat yayıb
13:07 1 Fevral 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 31-də, saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanan Şəmkir rayon sakini N.Murtuzayevə məxsus “ZİL” markalı avtomobilə vurub. 
Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.
Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-goygoldeki-agir-qeza-ilse-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR