“Bir inci rəssam” sərgisi açıldı (FOTO)

“Bir inci rəssam” sərgisi açıldı (FOTO)
13:55 1 Fevral 2020
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 31-də “Rolls-Royce Motor Cars Baku”da görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.

40-dək sənət əsərinin yer aldığı sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Rolls-Royce Motor Cars Baku”nun dəstəyi ilə reallaşdı.

Sərginin açılışından öncə aparıcı Nərgiz Cəlilova sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov hər iki rəssamın zəngin yaradıcılığından, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərindən söz açdı. Sərginin önəmini qeyd edən Ağaəli İbrahimov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Ailəsi adından sənətkarların nəvəsi Aqşin Feyzullayev tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür etdi.

Sonra unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın “Netmedia” tərəfindən təqdimatı oldu.

Saytın yaradılmasında məqsəd hər iki rəssamın yaradıcılığının geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3185560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR