Balakəndə narkotacirlər saxlanılıb

Balakəndə narkotacirlər saxlanılıb
14:05 1 Fevral 2020
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR