“Nikol Paşinyan Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesinə daxil olmasına imkan yaradır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Vətəndaş platforması” təşkilatının rəhbəri, ekspert Aqvan Poqosyan deyib.
Erməni ekspert Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə diqqət çəkib.
“Nazirlər Cenevrədə 7 saatlıq danışıqlar aparanda ABŞ-ın Azərbaycandakı səfiri icmanın rəhbəri Tural Gəncəliyevlə Bakıda görüşdü. Paşinyanın addımları Azərbaycan icmasının masaya gələcəyini göstərir”, - Poqosyan bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı Ermənistanın “Qarabağdakı separatçı rejimi” tərəf kimi göstərmək niyyətini alt-üst edəcək və Azərbaycanın mövqeyini gücləndirəcək.
Asif