Bakı polisi: Ənvər Cəlilovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır

Bakı polisi: Ənvər Cəlilovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır
14:12 1 Fevral 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

"Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır".
Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Hamı yaxşı bilir, indi bu, sirr deyil, belə şəxslərin polis təzyiqilə iddiallar səsləndirməsində məqsədi siyasi dəhlizlərdə öz reputasiyasını artırmağa yönələn uydurmadır, böhtandır.
Bu gün sosial medianın imkanları hesabına özünü qəhrəmanlaşdıran şəxslərin müxtəlif bəhanələrlə polisə qarşı virtual hücumlar etməsində məqsəd məlumdur. Bu şəxslər öz təbliğatlarını əsasən polisə ləkə vurmaqla sosial media üzərində qururlar. Sual edirəm, qanunu pozmayan şəxslə polisin nə işi var?" - E.Hacıyev qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-enver-celilovun-polis-terefinden-tezyiqe-meruz-qalmasi-i

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR