x
Loading...

AŞ PA-nın təxribat xarakterli son qətnaməsi heç bir siyasi-hüquqi mahiyyət daşımayacaq - Politoloq

AŞ PA-nın təxribat xarakterli son qətnaməsi heç bir siyasi-hüquqi mahiyyət daşımayacaq - Politoloq
14:15 1 Fevral 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa institutları tərəfindən tez-tez ölkəmizlə bağlı qərəzli bəyanat və qətnamələrin şahidi oluruq. Ən maraqlı məqam isə məhz zaman faktoru ilə bağlıdır. Hər dəfə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbir keçiriləndə, bütün dünyanın diqqəti Azərbaycana yönələndə, yaxud da ölkəmizdə seçki prosesi yaşandıqda Avropanın ayrı-ayrı institutları tərəfindən bu cür xoşagəlməz bəyanatlar verilir. Beləliklə, "Niyə məhz indi?" sualının cavabı da aydınlığa qovuşur.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməyə münasibət bildirirəkən deyib.

Politoloqun fikrincə, burada məqsəd dünyanın diqqət mərkəzinə düşdüyü an Azərbaycan dövlətini qaralamaqdır:

"Söz yox ki, son qəbul edilən qərəzli qətnamənin də arxasında erməni lobbisindən maliyyələşən deputatlar dayanır. Mən bu cür qətnamələrin Avropa ilə münasibətlərimizin korlanmasına rəvac verəcəyini qətiyyən düşünmürəm. Çünki vaxtilə bu kimi siyasi təxribatlarla çox qarşılaşsaq da, ən sonda qarşılıqlı faydalı münasibətlərimiz qorunub-saxlanılıb".

C.Əhmədli vurğulayıb ki, bu gün Azərbaycan Avropa İttifaqı ölkələri ilə çox sıx tərəfdaşlığa sahibdir:

"Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bu baxımdan, düşünürəm ki, AŞ PA-nın təxribat xarakterli son qətnaməsi də kağız parçasından başqa heç bir siyasi-hüquqi mahiyyət daşımayacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3185577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR