Britaniya bayrağı Aİ-nin salonundan çıxarıldı -

Böyük Britaniyanın bayrağı Avropa İttifaqı Şurasının salonundan götürülüb.

Metbuat.az xəbər verir ki, bu, Britaniyanın yanvarın 31-dən Avropa İttifaqı üzvlüyündən çıxması ilə əlaqədardır. Bayrağın götürülməsinin görüntüləri sosial mediada yayılıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Böyük Britaniya ilə yaxşı tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarıdır, baxmayaraq ki, bu, Britaniyanın Aİ-yə üzv olduğu dövrdəki kimi heç vaxt tamhüquqlu olmayacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR