Azərbaycanda sabiq deputat qəzaya düşüb

Azərbaycanda sabiq deputat qəzaya düşüb
14:27 1 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Deputatlığa namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.
“Report”un xəbərinə görə, bu barədə özü sosial şəbəkədə məlumat yayıb.
Belə ki, N.Bəydəmirli Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb.
Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, N.Bəydəmirli 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-sabiq-deputat-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR