"Zirə" klubunun futbolçusu cəzalı duruma düşüb

"Zirə" klubunun futbolçusu cəzalı duruma düşüb
15:57 1 Fevral 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

"Zirə" klubunun futbolçusu Elvin Camalov cəzalı duruma düşüb.
"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında XV turun "Sabah"la ev oyununda mövsümdə 4-cü sarı vərəqəsini alıb. O, daha əvvəl III turda elə "Sabah" (1:1), XII turda "Keşlə" (3:1) ilə ev, XIII turda "Qəbələ" (0:3) ilə səfər oyunlarında da xəbərdarlıqla üzləşib.
Beləliklə, Camalov XVI turun "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq. Bu matç fevralın 8-də "Kapital Bank Arena"da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-klubunun-futbolcusu-cezali-duruma-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR