Yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, ümumilikdə, 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib".

Eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR