Bakıda əcnəbini qarət edənlər yaxalandılar

Bakıda əcnəbini qarət edənlər yaxalandılar
16:29 1 Fevral 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əcnəbi vətəndaşın pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Qeyd edilir ki, dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3185575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR