Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - FOTO

Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - FOTO
16:47 1 Fevral 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident Donald Trampın Floridadakı malikanəsinin olduğu qapalı zonaya avtomobilin qanunsuz girişi ilə əlaqədar opera müğənnisi həbs edilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şübhəli şəxs Xanna Remxilddir. O, müğənnidir və Konnektikut ştatında yaşayır. Müğənni Floridaya çıxış üçün gedib. Xanna Remxildə qarşı terrorizmlə bağlı ittihamların irəli sürüləcəyi gözlənilir.

Dövlət başçısının mühafizəsinə cavabdeh olan yerli polisin və ABŞ-ın Məxfi Xidmətinin nümayəndələri mətbuat konfransında bildiriblər ki, Remxild öz avtomobilinin damında rəqs etməsi və özünü qeyri-adi aparması ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Asayiş keşikçiləri onunla danışmağa səy göstərəndə qadın avtomobilinin qapısını bağlayıb və getməyə çalışıb.

Onu təqib edən polisdən gizlənən qadın Mar-a-Laqoda iki nəzarət buraxılış məntəqəsindən yüksək sürətdə keçib. Qadın sonra yol kənarındakı mehmanxanaya gedib və orada saxlanılıb.

ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları və polislər Remxildin maşınına atəş açıblar. Lakin hadisə zamanı heç kim xəsarət almayıb. İnsident zamanı avtomobildə daha bir qadın da olub. Lakin polis onu həbs etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, Remxild Trampın malikanəsinə yaxın olduğunu bilməyib. Hadisə ABŞ lideri Mar-a-Laqoda olmayan vaxt baş verib. Tramp cümə günü axşam saatlarında malikanəyə gəlib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR