BNA-nın qanunsuz parklanmaya qarşı tədbirləri müsbət nəticələr verir

BNA-nın qanunsuz parklanmaya qarşı tədbirləri müsbət nəticələr verir
16:53 1 Fevral 2020
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində, xüsusi ilə 20 Yanvar dairəsi ərazisində uzun illərdir mövcud olan nəqliyyat sıxlığının və qanunsuz parklanmanın qarşısının alınması, həmin ərazidə ictimai nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin apardığı ardıcıl tədbirlər müsbət nəticələrini verməkdədir.

Publika.az xəbər verir ki, Bakıdakı əsas yol qovşaqlarından biri olan 20 Yanvar dairəsi və ətrafında həyata keçirilən tədbirlər, eləcə də operativ müdaxilələr nəticəsində sıxlığın azalması, nəqliyyat axınının, xüsusi ilə də ictimai nəqliyyatın hərəkət intensivliyinin artması müşahidə edilir.

Dairə ətrafındakı yolların ötürücülük qabiliyyətinə, avtobusların hərəkətinə mənfi təsir edən taksi və digər minik avtomobillərinin dayanacaq ərazilərindən və parklanmanın qadağan edildiyi yerlərdən kənarlaşdırılması hər gün yüzminlərlə insanın rahat hərəkətinə zəmin yaradıb.

Nəzərinizə çatdırmaq istəyirik ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus 20 yanvar dairəsindən və ətraf küçələrdən keçməklə hər gün yüzminlərlə sərnişinə xidmət göstərir. Şirkətin rəhbəri Faiq Seyidov bildirib ki, Bakı Nəqliyyat Agentliyinin atdığı addımlar, sərnişindaşımanın keyfiyyətini artırmaqla yanaşı, ictimai nəqliyyatdan istifadəni də stimullaşdırır: “Bu da öz növbəsində insanların şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etməyə həvəsləndirir. Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, yollardakı sıxlıq azalır, şəhərimizin ekoloji mühiti yaxşılaşır və insanlar daha az xərclə mənzil başına rahat, təhlükəsiz və vaxtında çatdırılır. Hər kəs qanunlara riayət etsə, ictimai nəqliyyat vasitələrinə anlayışla yanaşsa, düşünürəm ki, Bakıda nəqliyyat sıxlığı ilə bağlı yaranan problemlər qısa müddətdə həllini tapacaq. Hər kəs bilməlidir ki, dayanma-durma qaydalarının pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda tıxacın yaranmasına, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşmasına səbəb olur. Nəticədə ictimai nəqliyyatdan istifadə edən minlərlə insanın və digər hərəkət iştirakçılarının hüquqları pozulur. Uzun illərdir Bakıda sərnişindaşıma fəaliyyəti göstərən ən böyük özəl daşıyıcı şirkət olaraq son dövrlərdə Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi yenilikləri dəstəkləyirik və ümid edirik ki, ictimai nəqliyyatdan istifadənin təşviqi və nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər bundan sonra da davam edəcək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/303633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR