Sərnişindən taksi sürücüsünə koronavirus keçdi

Sərnişindən taksi sürücüsünə koronavirus keçdi
16:57 1 Fevral 2020
155 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandda koronavirusa yoluxan ilk şəxsin taksi sürücüsü olduğu məlum olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Tailand Epidemioloji Nəzarət Departamentinin Baş direktoru Tanarak Phiphat efirdə canlı yayımda açıqlayıb. 

Onun sözlərinə görə, sürücü koronavirusa çinli turisti Bankok xəstəxanalarından birinə aparan zaman yoluxub: "Həmin şəxs özünü pis hiss etdiyi andan etibarən həkimə müraicət edib. Onun yaxınlarında və iş yoldaşlarında xəstəlik aşkarlanmayıb".

Qurum rəhbəri onu da qeyd edib ki, taksi sürücüsünün yoluxmasına səbəb olan turistin də kimliyi məlumdur, o artıq müalicə olunub və ölkəsinə göndərilib.

Qeyd edək ki, Tailandda koronavirusa 19 nəfər yoluxub, onların 17-si Çin vətəndaşlarıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR