Sumqayıtda 82 yaşlı kişi itkin düşüb

Sumqayıtda 82 yaşlı kişi itkin düşüb
17:02 1 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda 82 yaşlı kişi itkin düşüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə yanvarın 31-də, saat 16:00 radələrində, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi yaşayış evi - 93 ünvanında qeydə alınıb.
Belə ki, 1938-ci il təvəllüdlü Hüseynov Yunis İxtiyar oğlu gəzmək adı ilə yaşadığı ünvanan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Daha sonra Y.Hüseynovun oğlu, 1972-ci il təvəllüdlü Vüqar Hüseynov Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü Polis Bölməsinə (PB) müraciət edib.
Həmin şəxsin əlamətləri: boyu təxminən 165 sm, arıq bədən quruluşlu, ağbəniz sifətli, gözlərinin rəngi qəhvəyi, qısa və qismən ağarmış saçları var. 
Evdən çıxarkən əynində qara rəngli qış gödəkcəsi, göy rəngli cins şalvar, qəhvəyi rəngli jaket, başında qara rəngli papaq (kepka) və ayağında isə qara rəngli ayaqqabı olub.
Bu haqda məlumatı olanlardan xahiş olunur ki, Sumqayıt Şəhər Polis İdarəsinə və ya (018) 65-5-69-77 , 070-325-70-25, 055-287-27-25 nömrəli telefonlara zəng etsinlər.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-82-yasli-kisi-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR