Əlləri iflic olanlar üçün əlcək

Əlləri iflic olanlar üçün əlcək
20:17 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada hazırlanmış yeni əlcək, iflic və ya qəza nəticəsi əllərində problem olanlara gündəlik həyatlarında bir çox asanlıq təmin edir. Əlcəkləri istifadə edən adam, əlcəkdəki mühərrik sistemi sayəsində obyektləri tuta bilir.

Xüsusilə sağlamlıq sahəsində yaradılan yeni texnologiyalar, bir çox adam üçün ümid işığı olur.

Neofact layihəsi çərçivəsində qəza nəticəsində barmaqlarını itirən və ya barmaqları doğuşdan əskik olanlar üçün hazırlanan məhsul, ümumi olaraq protez 3 qisimdən ibarətdir. Mühərriki olan əlcək, geyən adamın baş barmağını qavrayacaq şəkildə dolanır və baş barmaqdan etibarən işarə və orta barmaqları da əhatə edəcək şəkildə uzanır.

Cihazın ön qol qisiminə taxılan nizamlana bilən sarğıya bağlı bir də güc modulu var. Bu güc modulu, olduğu yerdən kabellər köməyiylə barmaqlara qədər uzanır. Bununla birlikdə protez sistemində Bluetooth dəstəkli uzaqdan əmr dəstəyinin də olduğu ifadə edilir. İnsanlar istəsə bir başqa sarğı istifadə edərək əmri üst qola taxa bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR