Yeni nəsil Skoda Octavia RS modeli hibrid olacaq - FOTO

Yeni nəsil Skoda Octavia RS modeli hibrid olacaq - FOTO
20:32 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Auto Express nəşri, dördüncü nəsil "bərkgedən" Skoda Octavia RS modelinin yeni Volkswagen Golf GTE hetçbekindən tanış olan hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildirib. Hibrid qurğulu "bərkgedən" Octavia, daxili yanma mühərriki ilə təchiz edilmiş universal və liftbeklərin çeşidini tamamlayacaqdır. Yeni nəsil Skoda Octavia RS modelinin sirf elektrik ötürməsi ilə ən azı 50 km məsafə qət edəcəyi gözlənilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, elektrikləşdirilmiş Skoda Octavia RS modeli, 245 at qüvvəli Octavia iV PHEV modelindən daha məhsuldar olacaqdır. 1.4-litrlik benzin  turbomühərrikinin təqribən 150 at qüvvəsinə, daxili yanma mühərriki ilə 6-pilləli DSG "robotu" arasında yerləşən elektromotorun isə 100 at qüvvəsinə sahib olacağı gözlənilir. Hibrid qurğunun fırlanma anı isə 400 Nm-ə bərabər olacaqdır.

İnsayderlərin verdiyi məlumat təsdiqlənərsə, hibrid qurğulu Skoda Octavia RS, bu modelinin tarixindəki ən güclü model olacaqdır. Buna baxmayaraq, hibrid Skoda Octavia RS modelinin sələfindən daha sürətli olacağına dair məlumat verilməyib. Xatırladaq ki, əvvəlki nəsil Skoda Octavia RS 245 liftbeki ilk "yüzlüyü" 6,6 saniyəyə toplayır. 250 kq ağırlığında batareyaya malik olan hibridin bu göstəricini üstələmək şanslarının cüzi olduğunu söyləmək gərəkdir.

Ənənəvi daxili yanma mühərriklərini sevənlər üçün, Skoda şirkəti Octavia RS modelinin hibrid əlavəsi olmayan dizel və benzin versiyasını buraxacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR