Rusiyada kafenin damı çöküb, dağıntılar altında qalanlar var

Rusiyada kafenin damı çöküb, dağıntılar altında qalanlar var
02:42 2 Fevral 2020
107 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Novosibirsk şəhərində kafenin soyunma otağının damı çöküb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
“Gənclik Bulvarındakı kafenin soyunma otağının damı çöküb. Çökmə sahəsi 240 kv. m təşkil edib. Şahidlərin sözlərinə görə, dağıntılar altında 10 nəfərə yaxın insan ola bilər” - deyə Fövqəladə Hallar Nazirliyi bildirib.
FHN-nin regional şöbəsindən verilən son məlumata görə, dağıntılar altından 3 nəfər çıxarılıb, təxminən 200 nəfər ərazidən təxliyə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-kafenin-dami-cokub-dagintilar-altinda-qalanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR