Filippində konoravirusa yoluxmuş 44 yaşlı xəstə ölüb

Filippində konoravirusa yoluxmuş 44 yaşlı xəstə ölüb
21:12 2 Fevral 2020
135 Dünya
Ölkə mətbuatı
A- A+

Filippində konoravirusa yoluxmuş 44 yaşlı xəstə ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yerli bölməsi məlumat yayıb. Təşkilat bunun Çindən kənarda ilk koronavirus sətəlcəmindən ölüm halı olduğunu bildirir.

Fevralın 2-ə olan məlumata görə, virusdan ölənlərin sayı 300-ə çatıb. Təkcə bir sutka ərzində Çində 45 nəfərin koronavirusdan öldüyü bildirilir ki, onların da hamısının virusun ilk yayıldığı Çinin Hubey əyalətindən olduğu vurğulanır.

Virusa yoluxanların sayının təxminən 15 minə çatdığı, bir aydan az bir müddətdə koronavirusun ümumilikdə dünyanın 20-dən ölkəsində yayıldığı xəbər verilir.

ÜST yeni növ koronavirus səbəbi ilə beynəlxalq fövqəladə vəziyyət rejimini elan etdi

Bu həftə Rusiyada iki nəfərdə virusa yoluxma halı qeydə alınıb ki, hər iki şəxsin Çin vətəndaşı olduğu bildirilir. Rusiya Çinlə öz sərhədlərini bağlayıb, dəmiryolu və hava nəqliyyatı ilə əlaqələri məhdudlaşdırıb.

Həkimlərin rəyinə görə, yeni koronavirus şiddətli sətəlcəmə səbəb olur və ona qarşı xüsusi müalicə yoxdur, yalnız simptomlardan azad olmaq mümkündür. Xəstəliyin ağır bir forması bir qayda olaraq immuniteti azalmış xəstələrdə və yaşlılarda inkişaf edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR