Məni Zəhranın evinə aparın...

Məni Zəhranın evinə aparın...
22:52 2 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Məni Zəhranın (s.ə) evinə aparın, çünki Allahı tanımaq istəyirəm. Onun müqəddəs varlığı ilə Allahı görmək istəyirəm.

Məni Zəhranın (s.ə) evinə aparın! İbadətin fəlsəfəsini onun rüku və səcdələrində dərk edim. Namazda gözləri yaşlı və bədəni titrəyən olan halını görüm.

Məni Zəhranın (s.ə) evinə aparın! Dünya arzularının çirkinliyini onun zahidliyində və sadə yaşayışında görüm.

Məni Zəhranın (s.ə) evinə aparın! Onun infaq edən əllərini və yetimə nəvaziş şövqünü görüm. Simiclikdən, hərislikdən və mal pərəstliyindən ayrılım.

Məni Zəhranın (s.ə) evinə aparın! Pərişan qəlbimi onun ismət çadırında aram edim və günahkar canımı onun təharəti ilə yuyub təmizləyim.

Məni Zəhranın (s.ə) evinə aparın! Onun qürbət evində tək qalım və ruhumda qalan həsrəti naməhrəmlərim gözlərindən uzaqda canımdan çıxardım.

Məni Zəhranın (s.ə) evinə aparın! Gözəlliyin həqiqətini onun ürfan nurunda görüm və Allahın əzəmətini onun nəzərləri ilə müşahidə edim.

Məni Zəhranın (s.ə) evinə aparın! Viranedici cəhaləti onun elm nuru ilə canımdan çıxardım və qəflətin qabarlarını onun kövsər zülalında yuyum.

Məni Zəhranın (s.ə) evinə aparın! Onun ibadətinin gözəlliyini müşahidə edim və mələkut sakinlərinə nəzər salım. Onun nurani bəyanlarında Quranın mənasının uçuşunu izləyim.

Məni Zəhranın (s.ə) evinə aparın! Onun təsbih səsi altında yorğunluğumu - təravətə, zülmətimi - nura, qeybətimi - hüzura çevirəm.

Məni Zəhranın (s.ə) evinə aparın! Hicabın ruhani hüzurunu tanıyım və qadının iffət aynasını onda tamaşa edim...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR