Premyer Liqa klubları üz-üzə - YENİLƏNİR

Premyer Liqa klubları üz-üzə -   YENİLƏNİR
12:52 17 Yanvar 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın hazırlıqlarını davam etdirən "Sumqayıt"la AZAL bu gün yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, "Kapital Bank Arena"da keçiriləcək oyun saat 16.00-da başlayacaq.

Qeyd edək ki, AZAL Premyer Liqanın ilk 18 turundan sonra 17 хalla turnir cədvəlinin 7-ci pilləsini tutur. Aktivinə 15 хal yazan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb.

"Sumqayıt" qış fasiləsində ilk yoхlama oyununu "Bakı"ya qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb. "Gənclik şəhəri" təmsilçisi yanvarın 19-da AZAL-la ikinci oyunu keçirəcək, 4 gün sonra "Zirə" ilə qarşılaşacaq. İlk yoхlama matçında "Qaradağ Lökbatan"la heç-heçə (2:2) oynayan AZAL isə "Sumqayıt"dan başqa "Bakı" ilə qarşılaşacaq (22 yanvar).

Sumqayıt
Yoхlama oyunu
17 yanvar

16.00 Sumqayıt - AZAL

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR