Ərdoğan əmr verdi - Ordu hərəkətə keçdi

Ərdoğan əmr verdi - Ordu hərəkətə keçdi
11:08 3 Fevral 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

“Hücumlarla qətiyyətimizi sınayanlar xəta edir. Əməliyyatlarımızı davam etdirməkdə qətiyyətliyik”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin türk ordusuna hücumu haqqında danışan prezident bildirib ki, hücumdan sonra dərhal hərəkat başlanıb və 30-35 nəfər zərərsizləşdirilib: “Hücumun cavabını ikiqat verdik. Verməyə də davam edəcəyik. Hazırda F-16-lar bölgəyə aviazərbələr endirir. 40-a yaxın hədəfə doğru hərəkat davam edir. Hücumdan sonra Müdafiə nazirinə Ankarada qalması təlimatını verdim”.

Qeyd edək ki, bu gün İdlibdə Türkiyə ordusuna qarşı keçirilən əməliyyatda 4 əsgər şəhid olub, 9 yaralı var.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/303740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR