Rusiyada adam öldürmüş şəxs Azərbaycanda tutuldu – Tanışının evidə...

Rusiyada adam öldürmüş şəxs Azərbaycanda tutuldu – Tanışının evidə...
12:28 3 Fevral 2020
26 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın axtarışa verdiyi azərbaycanlı tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinib, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/303750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR