“Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb

“Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb
15:37 3 Fevral 2020
110 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.
Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.
Saxlanılan şübhəlilərin Andrey Malyi ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladzenin rəhbərliyi altında olduğu söylənilir.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lotu-quli-ni-oldurmek-isteyenler-saxlanilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR