"Dünyada heç bir ölkə gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir" - Türkiyə məşqçisi

"Dünyada heç bir ölkə gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir" - Türkiyə məşqçisi
17:27 3 Fevral 2020
99 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə Türkiyə milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.

Milli.Az bildirir ki, bunu Trend-ə komandanın məşqçisi Kameliya Dunavska deyib.

O bildirib ki, Türkiyə komandasının qrup hərəkətlərdə təlim-məşq toplanışları bir həftə davam edəcək:

"Biz Azərbaycana ona görə gəlmişik ki, Milli Gimnastika Arenasında idmançıların hazırlığı üçün Türkiyədə olmayan gözəl şərait yaradılıb. Bu cür şəraitdə idmançılarımızın məşq etməsi üçün imkan yaradan Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Fikrimcə, komandanın bütün üzvləri bu cür zalı arzulayırdılar, qızlar özünü buradan rahat hiss edir və Bakıda olmaqdan məmnundurlar".

Məşqçi əlavə edib ki, təlim-məşq toplanışından sonra komanda yeni mövsümün ilk yarışı üçün Moskvaya yola düşəcək.

K.Dunavska, həmçinin Bakıda keçirilən yarışların möhtəşəm təşkil olunduğunu qeyd edib:

"Fikrimcə, dünyada heç kim gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR