Bakıda bankın mühafizəçisi bıçaqlanıb, saxlanılan var

Bakıda bankın mühafizəçisi bıçaqlanıb, saxlanılan var
17:37 3 Fevral 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bankın mühafizəçisini bıçaqlayan şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə "MuğanBank" ASC-nin filiallarından birində qeydə alınıb.
Belə ki, müştəri ilə bankın mühafizəçisi arasında avtomobilin park edilməsi üstündə mübahisə yaranıb. Daha sonra müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, 1968-ci il təvəllüdlü Nofəl Sərkərlini saxlayıb.
Faktı “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti təsdiqləyib.
Faktla bağlı araşdımma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bankin-muhafizecisi-bicaqlanib-saxlanilan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR