Mobil operatorların reklam SMS-lərinə son qoyulacaq

Mobil operatorların reklam SMS-lərinə son qoyulacaq
12:54 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda “Telekommunikasiya haqqında” qanuna yeni dəyişikliklər edilib.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: “Yəqin ki, Milli Məclisdə bu qanun layihəsi müzakirə olunacaq və qəbul ediləcək”.

 

Nazir qeyd edib ki, bu qanunun qəbul olunması ölkədə mobil danışıq və internetin qiymətlərinə, eləcə də keyfiyyətinə təsir edəcək: “Qanun qəbul edilsə, mobil operatorların abunəçilər qarşısında olan öhdəliklərin daha da sərtləşməsi istiqamətində işlər görüləcək. O cümlədən, mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS və reklamların göndərilməsi və abunəçilərin narahatlığına səbəb olması həmin qanuna dəyişikliklərdə əksini tapıb”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR