SON DƏQİQƏ: Türkiyə Suriya ordusunu bombalayır - 76 hərbçi həlak oldu

SON DƏQİQƏ: Türkiyə Suriya ordusunu bombalayır - 76 hərbçi həlak oldu
21:18 3 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

“Suriya ordusunun mövqelərinə endirilmiş cavab atəşi nəticəsində zərərsizləşdirilən silahlıların sayı 76-ya çatıb”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib. Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki fəaliyyətlərinin idarə olunduğu qərargahda komandanlarla görüşü zamanı o bildirib ki, cavab zərbələri nəticəsində Suriya ordusuna məxsus 54 hədəf yerlə bir edilib. Əməliyyatlar davam edir.

Qeyd edək ki, ötən gecə İdlib təhlükəsizlik bölgəsində yerləşən Türkiyə ordusunun müşahidə məntəqəsi Suriya ordusu tərəfində atəşə tutulub. 5-i hərbçi olmaqla 8 nəfər həlak olub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/303819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR