Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq

Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq
23:42 3 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda inzibati qanun pozuntusuna görə cəriməni ödəməyən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmasının məhdudlaşdırılması nəzərdə tutulur.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan qanun layihəsində bildirilib.
Sənəddə qeyd olunub ki, məhdudiyyətlərin tətbiqi əcnəbilərə Gürcüstan ərazisində inzibati qanun pozuntularına görə məsuliyyət daşıması üçün effektiv mexanizm yaratmağa imkan verəcək.
Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-cerime-odemeyen-xarici-vetendaslar-olkeye-buraxilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR