“Azərişıq” güclü küləklə əlaqədar qabaqlayıcı tədbirlər görür

“Azərişıq” güclü küləklə əlaqədar qabaqlayıcı tədbirlər görür
09:07 4 Fevral 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq" ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.
Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T. Mustafayevin sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur: 
"Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Küləklər xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında güclü olub. Bu səbədən də "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. 
Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisiq-guclu-kulekle-elaqedar-qabaqlayici-tedbirler-gorur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR