Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO)
11:55 4 Fevral 2020
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.

Trend-in məlumatına görə, B.Əliyev Bakıda məskunlaşmış Ağdamdan olan məcburi köçkün seçiciləri ilə növbəti görüş keçirib. Seçicilərin aktivlik nümayiş etdirdiyi görüşdə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, seçiciləri maraqlandıran məsələlər, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ətrafında müzakirələr aparılıb.

B.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı haqqında geniş danışıb.

B.Əliyev bildirib ki, Azərbaycan inkişaf etdikcə ordumuz da qüdrətlənir və bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. B.Əliyev vurğulayıb ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi. O qeyd edib ki, Azərbaycan gec-tez öz torpaqlarını erməni işğalından azad edəcək.

B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.

Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində, Dərnəgül qəsəbəsində, Sahil qəsəbəsində, Suraxanı, Nərimanov, Sabunçu, Xətai, Səbail rayonlarında, Qaradağ rayonu Müşfiq qəsəbəsində, Bərdə şəhərində məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3186654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR