Rauf Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Rauf Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)
15:36 4 Fevral 2020
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

4 fevral 2020-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin 9 fevral Parlament seçkilərində səs verəcək seçiciləri və idmançılar ilə görüşü keçirildi.

Trend-in məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Olimpiya və dünya çempionu Fərid Mansurov, Əməkdar məşqçi, Güləş federasiyasının vitse prezidenti Elçin Cəfərov və SSRİ çempionu və spartakiada qalibi Firudin Qurbanov iştirak və çıxış etdilər.

Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verdi. Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməyə çağırdılar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3186755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR