Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb

Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb
15:47 4 Fevral 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

"Güclü külək ölkənin Cənub bölgəsində bir sıra fəsadlar törədib və enerji təsərrüfatına ciddi ziyan vurub".
Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 
“Şimal bölgəsində də güclü külək olub.  Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”, - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bezi-bolgelerde-elektrik-enerjisinin-verilisi-muveqqeti-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR