Ərdoğanın Ukraynadakı bu hərəkəti Rusiyada gündəm oldu

Ərdoğanın Ukraynadakı bu hərəkəti Rusiyada gündəm oldu
15:48 4 Fevral 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərində Vladimir Zelenski tərəfindən rəsmi qarşılanma mərasimində qarovul dəstəsini "Slava Ukraine!" (Eşq olsun Ukraynaya!) sözləri ilə salamlaması Rusiya mətbuatında geniş əks-səda doğurub.

Publika.az xəbər verir ki, Ərdoğanın verdiyi salamın 2018-ci ildə dövrün Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən rəsmiləşdirildiyi və eyni zamanda, Rusiyaya qarşı təxribat məqsədilə istifadə edildiyinə diqqət çəkilib.

Türkiyə liderinin verdiyi salamın Rusiyaya ismarış mənasına gəldiyi şərhləri verilib.

Rusiya mətbuatında dərc olunan xəbərlərdə Ərdoğanın salamı ilə yanaşı Suriyada yaşanan gərginliklərdən sonra Ukraynaya səfər etməsi və Krımın tatarların məskəni olmasını dilə gətirməsi vurğulanıb.

Qeyd edək ki, Ərdoğanın səfəri günü Suriyanın İdlib şəhərində Bəşər Əsəd və Rusiya qüvvələri türk əsgərlərinin mövqelərinə atəş açmış, nəticədə 4 əsgər şəhid olmuş, 9-u yaralanmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/303905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR