Bakıda 7 yaşlı qıza təcavüzə cəhd edilib

Bakıda 7 yaşlı qıza təcavüzə cəhd edilib
16:12 4 Fevral 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qıza qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub. 

Fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib. Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib.

Qadının söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.

Hazırda istintaq məlumatın hansı dərəcədə doğru olduğunu araşdırır. Faktla bağlı hələlik saxlanılan yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/823177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR