Təyinatı ilə gündəmə gələn rəisdən AÇIQLAMA

Təyinatı ilə gündəmə gələn rəisdən AÇIQLAMA
13:05 17 Yanvar 2015
631 Sosial
Ölkə mətbuatı
A- A+

Son günlər təyinatı ilə gündəmə gələn tanınmış polis rəisi İsmayıl Əsədovdan açıqlama gəlib
Polis polkovniki mətbuatda barəsində yayılan ziddiyyətli məlumatlara münasibət bildirib.

Rəis “Qafqazinfo”ya açıqlama verərək deyib ki, Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq Sabunçuya təyin olunması və bu rayonda işləməkdən imtina etməsi, bundan sonra isə yerinin Nərimanova dəyişdirilməsi ilə bağlı xəbərlər həqiqətri əks etdirmir. İsmayıl Əsədov fikirlərini belə çatdırıb:

“Sabunçu rayonunda qohumlarımın çox olduğuna görə başqa yerə təyin olunmaq barədə xahiş etməyim doğru deyil. Kimi hansı rayona təyin etmək cənab nazirin səlahiyyətinə aid olan məsələdir. Belə bir şey olmayıb. Cənab nazir qərar verib ki, Nərimanova təyin olunum, Nərimanovdayam. Başqa rayon məsləhət olsaydı, başqa rayona təyin edərdi. Bu, cənab nazirimizin qərarıdır. Hara göstəriş veriblərsə, biz də orada xidmət edirik”.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin rəisi olmuş İsmayıl Əsədov daha əvvəllər Bakının Nizami rayonunda da rəis işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR