“Anamın dayısı qızı koronavirusdan vəfat edib”

“Bu qadını hamınız paylaşın. Bu qadının şəklini qrupda paylaşıblar, uşaq oğurlayır”.“Hamıya deyin ki, xestexanalarda hər şey pulsuzdur, şəxsiyyət vəsiqələrini götürüb gəlsinlər”.“Bu gün xoşagəlməz bir hadisə olub, anamın dayısı qızı koronavirusdan vəfat edib”.Bu siyahını uzatmaq da olar. Son vaxtlar bu cür votsap şaiyələri tez-tez yayılır. Sonradan dövlət qurumları tərəfindən təkzib edilsə də, insanlar arasında sürətlə yayılan belə dezinformasiyalar təşviş yaradır.

Metbuat.az xəbər verir ki,məsələnin əhəmiyyətini nəzərə alaraq Arb-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

Sakin: “Kimsə yazır, atır dostuna ki, 10 nəfərə göndər. O da göndərir. Belə də yayılır da. Amma inanmırıq, boş söhbətlərdir”.

Amma çox təəssüf ki, inanıb, bu xəbərin təsir altına düşənlər də az olmur.

Təhminə Çələbi – Psixoloq: “Sonunda insan həyatını sona gətirən bir şey ölüm xəbərləri seçilir. Ölüm, qəza yəni ki, sizin heç bir şeydən xəbəriniz yoxdur. Hazırda sizi bir təhlükə gözləyir. Bu tip xəbərlər eşitdikdə əgər insanlarda biraz psixoloji sarsıntı, zəiflik varsa, bu kimi xəbərlər gərginliklər yarada bilər, ölüm qorxusu çoxala bilər və insanlarda panik ataklar olar”.

Rəşad Əliyev – Ekspert: “Hər hansı bir xəbərə gəldikdə, bu insanların zəifliyindən istifadə edərək, aktual mövzunu götürürlər. Onun əsasında yayırlar. Məlumatlar çox vaxt dostdan-dosta, şəbəkə prinsipi ilə paylanmış olur”.

Çox vaxt belə məlumatların kim hərəfindən göndərilməsi də məlum olmur. Birdən tanımadığın nömrədən sizə təşviş dolu mesaj göndərilə bilər.

Rəşad Əliye - Ekspert: “Yüklə gör telefonda dostlarının adı nədir, bu tipli proqramlar var ki, onları yükləyərkən, telefon nömrənizi 3-cü resursa verirsiz. Həmin o resurslar da nömrələri istifadə edirlər”.

Kiminsə və yaxud hansısa hadisə barədə bilərəkdən yalan məlumatvermə cinayət məsuliyyəti yaradır.

Tahir Əliyev – Hüquqşünas: “Həm mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağı məhkəməyə iddia ərizəsinin verilməsi üçün əsas yaradır. O cümlədən yalan olduğunu bilə-bilə məlumat verilməsi cinayət məcəlləsinin 296 maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır”.

Əgər yalan xəbəri yayan müəyyənləşərsə, onu 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR