"Keşlə"nin müdafiəçisi turun ən yaxşısı seçildi - FOTO

"Keşlə"nin müdafiəçisi turun ən yaxşısı seçildi - FOTO
18:37 4 Fevral 2020
111 İdman
Ölkə mətbuatı
A- A+

"InStat"ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında 15-ci turun ən yaxşı futbolçusu məlum olub.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, "Keşlə"nin müdafiəçisi Miyusko Boyoviç 319 göstərici ilə rəqiblərini üstələyib.

Qeyd edək ki, monteneqrolu futbolçu "Qəbələ"yə qarşı görüşü (2:1) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR