Aİ Trampın “sülh planını” rədd etdi

Avropa İttifaqı (Aİ) İsrail-Fələstin münaqişəsinə dair ABŞ Prezidenti Donald Trampın “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşmasını qəbul etməyib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borelli açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı İordan çayının qərb sahilinin İsrailin tərkibində qalmasını qəbul etmir və 1967-ci ildən sonra İsrailin zəbt etdiyi ərazilər üzərindəki suverenliyini tanımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR