Rulon kimi bükülə bilən ekran

Rulon kimi bükülə bilən ekran
22:22 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Avstraliya alimləri, mövcud smartfonların ekranlarından çox daha incə bir ekran texnologiyası yaratmağı bacardılar. İnanılmaz incəliyi və elastikliyi sayəsində bu yeni texnologiya, eynilə qəzetlər kimi rulon halında bükülə bilər.

Avstraliyada olan RMIT Universitetinin alimləri mobil ekranlarda istifadə edilən qalay oksid üzərində işləyərkən, ekran texnologiyasında istifadə edilə biləcək yeni bir vəsait əldə etdilər. Olduqca yüksək keçiriciliyi olan vəsait, işin əvvəlində çox kövrək idi. Araşdırmaçılar, vəsaitin kövrəkliyinin qalınlıqdan qaynaqlandığını anlayaraq vəsaiti daha da nazik etdilər və daha elastik hala gətirdilər.

Yeni ekran vəsaitini yaradan qrupun baş araşdırmaçısı dr. Torben Daeneke bu barədə belə deyib: "Köhnə bir vəsaiti aldıq və onu son dərəcə incə və elastik yeni bir versiya əldə etmək üçün çevirdik". Daeneke, yeni vəsaitin, indi istifadə edilən sensorlu ekran texnologiyasından daha ucuz və məhsuldar şəkildə əldə edilə biləcəyini ifadə etdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR