İstifadəçilərin məlumatlarını oğurlayan Jumpshot şirkəti...

İstifadəçilərin məlumatlarını oğurlayan Jumpshot şirkəti...
22:52 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Vice Motherboard" və "PCMag" nəşrində Avast şirkəti istifadəçi məlumatlarını üçüncü şəxsə satmaqda təqsirləndirilmişdi. Həmin məlumatlarda qeyd olunur ki, fərdi informasiyaların oğurlanması əvvəl brauzerlər, sonra isə Avast Antivirus proqramı vasitəsilə həyata keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Avast şirkətinin baş direktoru Ondrej Vlçek yayılan məlumatlar bağlı açıqlama verib.

O.Vlçek bildirib ki, yaxın zamanda Jumpshot şirkəti bağlanacaq:"Avast şirkətinin ən başlıca məqsədi istifadəçilərinin təhlükəsizliyini təmin etməkdir. Onlar üçün ən xırda təhlükə belə şirkət üçün qəbuledilməzdir. Müştərilərimiz bizim üçün ən başlıca prioritetidir. Ona görə də, müştərilərimizdə tərəddüd yaradan "Jumpshot" şirkətinin fəaliyyətini dayandıracağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR