İtaliyada 70 illik yubileyini qeyd edən San-Remo musiqi festivalı başlayıb

İtaliyada 70 illik yubileyini qeyd edən San-Remo musiqi festivalı başlayıb
08:32 5 Fevral 2020
155 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın San-Remo kurort şəhərində eyni adlı İtalyan pop musiqisinin 70 illik yubiley festivalı başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, televiziya musiqi yarışması fevralın 8-nə qədər davam edəcək. Festivalın hər axşamı İtaliyanın dövlət "Rai" televiziyasında və onun multimedia portalında yayımlanacaq.

Festival iştirakçıları iki kateqoriyaya bölünüb: 24 ən yaxşı ifaçı əsas "Qızıl Palma", 8 gənc sənətçi isə ayrı bir mükafat uğrunda mübarizə aparacaqlar. Mövcud festivalı əvvəlkilərdən fərqləndirən təşkilatçıların ayrıca bir "gənclik" yarışması keçirməsidir.

Son iki ildə olduğu kimi, müsabiqə iştirakçıları festival müddətində yarışmadan xaric olunmayacaqlar və şənbə axşamı finalda birlikdə mahnı oxuyacaqlar. Bu ilki "San Remo"nun bədii rəhbəri Amadeus kimi tanınan məhşur televiziya viktorina və şou aparıcısı Amedeo Sebastianidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR