Prezident Administrasiyası rəhbərinin müavini: “Sabah Ermənistan başqa bir böyük dövlətin əlaltısı ola bilər”

13:07 17 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:03 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. “Ermənistan rəhbərliyi 3 il Avropa İttifaqı ilə danışıqlar apardı. Bir gün Serj Sarkisyan yuxudan oyandı və dedi ki, Avrasiya İttifaqına daxil oluruq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, sabah Ermənistan başqa böyük dövlətin forpostu, əlaltısı ola bilər: “Dünyada baş verən gərginlik, böhran Ermənistana 4-5 qat artıq təsir edir. Ermənistana pul lazımdır, bu pulu nə Qərb verir, nə də başqaları. Allah insanın, xalqın başına bir fəlakət gətirmək istəyəndə əvvəlcə onun ağlını alır. İndi Ermənistan da belə durumdur. Ermənistanda orta və yaşlı nəsil Azərbaycanla bağlı müsbət mövqedədir, məndə bu məlumatlar var. Gənc nəsli Serj Sarkisyan və Edvard Nalbandyan fərqli formalaşdırmağa çalışırlar”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR