“Ey abırdan danışan qorxaq...”

“Ey abırdan danışan qorxaq...”
12:42 5 Fevral 2020
391 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultan sosial şəbəkədə müzakirələrə səbəb olan açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində Cennifer Lopez və Şakiranın "Super Bowl"dakı çıxışından görüntü paylaşaraq onu qınayanları sərt şəkildə tənqid edib.

Səidə "onlara olar, bizə yox" düşüncəsi ilə hərəkət edənlərə müraciət edib: "Bir-iki gün bundan əvvəl bütün saytlar Cennifer Lopez və Şakiranın çıxışın paylaşdı. Ay Allah, hamımız da bir ağızdan dedik ki, bunlar üçün ölürük! Amma özünüz edəndə də az qala öləsiz! Hələ biz onların etdiyini etmirik. Sizi qınamıram, ... öyrəşmişik. Özümüzünküləri əyirik, alçatmağa çalışırıq.

Ey abırdan danışan qorxaq toplum, mən Səidə bu cür geyinmişəm, geyinəcəm də. Sizi bundan da artıq partladıb dağ qoyacam. Məsəli məni sevənlərdən uzaq... Yaltaq toplum, sizə nifrət edirəm. Belə dil qəhrəmanısızsa, əməlinizlə nəsə sübut edin. Siz toplum olaraq Azərbaycan üçün nə etmisiz? Heç bir şey! Gücünüz ömür boyu zəifə çatıb. Müsəlmançılıqdan danışırsız. Siz müsəlman olaraq nə etmisiz? Hər kəs öz əməlinə görə Allah qarşısında cavab verəcək. Mənə görə narahat olmayın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/823360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR